FİFA qarşıdan gələn dünya çempionatında iştirak edəcək komandaların formaları üçün xüsusi emblem hazırlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, turnirdə çıxış edəcək bütün milli komandaların köynəyində dünya çempionatının rəsmi nişanı yer alacaq.
Ancaq 7 yığma komanda bu emblemin xüsusi – qızılı versiyasını daşıyacaq. Söhbət daha əvvəl dünya çempionu olmuş Argentina, Braziliya, Almaniya, Fransa, İspaniya, İngiltərə və Uruqvay yığmalarından gedir.
Siyahıda normalda İtaliya millisi də olmalı idi. Çünki onlar dörd dəfə dünya çempionatının qalibi olublar. Ancaq italiyalılar qarşıdakı mundiala vəsiqə qazana bilməyiblər.

