İraq millisi 2026-cı il dünya çempionatı öncəsi ciddi problemlə üzləşib.
Milli komandanın beş futbolçusu ABŞ vizası ala bilməyib.
Sportinfo.az xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının üzvü Qaleb əl-Zameli açıqlama verib.
Vizadan imtina edilən oyunçular bunlardır: İbrahim Bayeş, Mohanad Ali, Zaid Tahsen, Haydar Abdul-Karim və Ali Al-Hamadi.
Bildirilir ki, İraq Futbol Federasiyası problemin həlli üçün FİFA-ya müraciət etməyə hazırlaşır.
Federasiya ümid edir ki, qurum məsələ ilə bağlı operativ həll yolu tapmağa kömək edəcək, çünki adı çəkilən futbolçuların bir çoxu yığmanın əsas üzvləri hesab olunur.
1 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

