Levandovski, Messi və Ronaldo kimlərə səs verib?

18 Yanvar 2022 15:20 Araşdırma 814
Levandovski, Messi və Ronaldo kimlərə səs verib?

FIFA-nın "The Best" mükafatını qazanan "Bavariya"nın hücumçusu Robert Levandovskinin sorğuda kimlərə səs verdiyi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Polşa yığmasının kapitanı "Çelsi"də çıxış edən Jorjinyonu birinci yerə layiq görüb.

O, PSJ-də oynayan əsas rəqibi Lionel Messini ikinci, "Mançester Yunayted"dən Kriştianu Ronaldonu üçüncü sırada göstərib.

Argentina seçməsinin kapitanı Lionel Messi isə hazırkı komanda yoldaşlarını ilk pilləyə layiq görüb. O, Mbappeni ilin futbolçusu hesab edibsə, Neymarı ikinci yerdə təqdim edib. Messi "Real"dan Kərim Benzemanı üçüncü ən yaxşı oyunçu sayıb.

Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo seçimində yanılmayıb - Levandovskini ilk pilləyə layiq görüb. "Çelsi"dən N Qolo Kante ikinci, Jorjinyo isə üçüncü pillədə göstərilib.

Robert Levandovski ardıcıl ikinci dəfə "The Best" mükafatına sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq