AÇ-2020: Altı qolluq matçın ən yaxşısı bilindi

20 İyun 2021 00:28 Araşdırma 726
AÇ-2020: Altı qolluq matçın ən yaxşısı bilindi

AÇ-2020-nin F qrupu çərçivəsində keçirilən Portuqaliya – Almaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Almaniya yığmasının sol cinah müdafiəçisi Robin Qosens bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub.

Komandasının ilk qolu zamanı məhz Qosensin ötürməsindən sonra rəqib futbolçu avtoqola imza atıb. Kay Havertsin vurduğu qolun ötürməsini də Qosens verib. 60-cı dəqiqədə isə o, özü rəqib qapısına yol tapıb.

Portuqaliya – Almaniya matçı 2:4 hesabıyla başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti