Azərbaycanlı hücumçu yeni klubunda bu qədər maaş alacaq

14 İyun 2024 23:40 Araz-Naxçıvan 5 740
Azərbaycanlı hücumçu yeni klubunda bu qədər maaş alacaq

«Araz-Naxçıvan»ın Ülvi İsgəndərovun transferinə görə nə qədər xərcə düşdüyü məlum olub.

Muxtar Respublika təmsilçisi iyunun əvvəlində «Qəbələ»dən sıralarına qatdığı hücumçuya aylıq 7000 manat əməkhaqqı ödəyəcək.

Bölgə klubu ilə birillik müqavilə imzalayan 27 yaşlı forvarda «Səbail» və «Turan Tovuz» da maraq göstərib.

Lakin o, uzun illər «Qəbələ»də rəhbərliyi altında çıxış etdiyi Elmar Baxşıyevin göndərdiyi təklifi dəyərləndirməyi lazım bilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!