Biznesmen oğulları - Var-dövlət içində böyüyən futbolçular

6 Mart 2021 02:24 Araşdırma 1 522
Biznesmen oğulları - Var-dövlət içində böyüyən futbolçular

Futbolçuların çoxu yoxsulluqdan qurtulmaq üçün bu peşəni seçib və məhz bunun sayəsində həyatını dəyişib.

Sportinfo.az xəbər verir ki, belə oyunçuların əksəriyyətinin həyat hekayəsi dəfələrlə gündəmə gəlib.

Elə oyunçular da var ki, var-dövlət içində böyüyüb, futbolsuz da zənginlik içində ömür sürə bilərdi. Lakin onlar futbola olan sevdanı üstün tutublar. Bu yazıda məhz zənginlik içində böyüyən 10 ulduz futbolçunu tanımağa çalışacağıq.

Jerar Pike
Pikenin atası Joan uğurlu vəkil, eyni zamanda iş adamıdır. Anası Montserrat isə Barselonada onurğa xəstələrini qəbul edən özəl bir xəstəxananın rəhbərlərindəndir. Pikenin atası Amador Bernabeu da vaxtilə “Barselona” klubunun idarə heyətində yer alıb.

Frenk Lempard
Atası Frenk Lempard Senior “Vest Hem”də sol cinah müdafiəçisi kimi çıxış edib və ailəsinə kifayət qədər yüksək səviyyədə şərait yaradıb. Bundan başqa, tanınmış məşqçi Harri Rednapp da Frenkin dayısıdır. O, dünyanın ən nüfuzlu özəl məktəblərindən sayılan Esseksdə yerləşən Brentvudda oxuyub.

Kaka
Braziliyada üzə çıxan futbolçuların böyük əksəriyyəti kasıbçılıqdan çıxıb. Amma Kaka onlardan fərqli, var-dövlət içində böyüyüb. Çünki atası tanınmış mühəndis, anası isə müəllim idi.

Robin van Persi
Uşaq vaxtlarında intizamsız davranışları ilə seçilən van Persi bir neçə dəfə məktəbdən qovulma dərəcəsinə gəlib. Ancaq zəngin valideynlərin olması buna imkan vermirdi. Atası Bob sənətçi və heykəltəraş olub. Anası Joze Ras isə rəssam, dizayner və müəllim kimi çalışıb.

Mario Götze
Götze də rahat yaşayışa malik olub. Akademik olan atası Yurgen Götze 1990-cı illərdə Yale Universitetində Kompüter Elmləri Bölməsində tədqiqatçı işləyib. Hazırda isə Dortmund Texniki Universitetinin professorudur.

Uqo Lyoris
Lyoris Nitsada ən nüfuzlu ailələrdən birinin övladıdır. Anası vəkil, atası isə bankda yüksək vəzifədədir. Uşaq yaşlarında əvvəlcə tennislə məşğul olan Uqonun kifayət qədər uğurları da var. Ancaq 13 yaşında futbola yönəlib.

Mario Balotelli
Palermoda qanalı yoxsul ailədən olan Mario zənginlik içində böyüyüb. Çünki kiçik yaşlarında Breşiyada “cənnət” kimi tanınan Konçezo bölgəsində yaşayan Françesko və Silvio Balotelli cütlüyü tərəfindən övladlığa götürülüb.

Andrea Pirlo
Pirlonun atası Luici 1982-ci ildə Breşiyada qurulan böyük bir polad fabrikinin sahibidir. Andrea özü də hazırda həmin şirkətin səhmdarıdır.

Canluka Vialli
Vialli 60 otaqlı bir sarayda doğulub. 1969-cu ildə bir neçə şirkəti olan milyonçu atanın oğlu kimi dünyaya gələn Canluka həmin şirkətlərin yeni varisi idi. Atasının xəyalı onu özəl məktəblərdə oxutmaq və böyüyəndə şirkətlərin başına keçirmək olub. Amma Viallinin futbola olan sevgisi bunu üstələyib.

Oliver Birhoff
Əfsanəvi almaniyalı hücumçu qarğısız uşaqlıq keçirib. Çünki atası ölkənin ən böyük enerji şirkətinin müdiri olub (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"