Tomas Müllerdən 1 qolun gətirdiyi tarixi rekord

24 May 2020 10:20 Almaniya 482
Tomas Müllerdən 1 qolun gətirdiyi tarixi rekord

“Bavariya”nın hücumçusu Tomas Müller bu mövsüm bundesliqada 17-ci qol ötürməsini edib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu dünən “Ayntraxt”a qarşı matçda (5:2) növbəti dəfə bir uğurlu qol ötürməsi verib.

Bununla da o, 2014-15 mövsümündə “Volsfburq”da oynadığı vaxtda eyni göstəriciyə nail olmuş Kevin de Bruynenin rekorduna şərik olub.

Beləliklə, Tomas Müller bundesliqa tarixində bir mövsümdən ən çox qol ötürməsi edən ikinci oyunçu olub.

Digər Xəbərlər
Xəbər Lenti