Maska taxıb, məşhur klubla müqavilə imzaladı - FOTO

30 Aprel 22:00 Almaniya 200
Maska taxıb, məşhur klubla müqavilə imzaladı - FOTO

"Bavariya" baş məşqçisi Hans Fliklə müqavilənin müddətini rəsmən uzadıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis 2023-cü ilin yayına qədər olan müqaviləyə qol çəkib.

İmzalanma mərasimi zamanı H.Flik Münhen təmsilçisinin hazırladığı maska taxıb. Flik 2019-cu ilin iyulundan Münhen təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda Bundesliqada 25 turdan sonra 1-ci pillədə qərarlaşıb.

"Bavariya" Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə ilk matçda 3:0 hesabı ilə qalib gəlib.

"Bavariya" aprelin 3-cü H.Fliklə müqavilə imzalayacağını açıqlamışdı.

Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?