"Neftçi"nin legioneri: "Bu, onlara da xeyir verəcək"

16 Noyabr 2023 11:00 Neftçi 1 210
"Neftçi"nin legioneri: "Bu, onlara da xeyir verəcək"

"Bu qarşılaşma Rusiya klubuna da xeyir verəcək.

Çünki sanksiyalar səbəbindən beynəlxalq arenadan kənarda qalıblar".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Reziuan Mirzov "Zenit"ə qarşı Bakıda keçirəcəkləri yoldaşlıq oyun haqda deyib.

30 yaşlı rusiyalı yarımmüdafiəçi güclü rəqibə qarşı oynayacaqlarını bildirib: "Bu cür kollektivə qarşı oynamaq bəzən bir həftəlik məşqə bərabər olur".

Noyabrın 18-də "Neftçi Arena"da baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti