"Bavariya" Alleqridən imtina etdi

10 Noyabr 2019 12:26 Almaniya 969
"Bavariya" Alleqridən imtina etdi

Alman futbolunun "nəhəngi" "Bavariya" Massimiliano Alleqrini baş məşqçi postuna gətirmək fikrindən vaz keçib. Sportinfo.az nüfuzlu "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi Alleqrinin Avropa səhnəsində "Bavariya"ya uğur qazandıra biləcəyinə inanmır.

Alleqri variantının üstündən xətt çəkən "Bavariya" bossları baş məşqçi postu üçün indi iki seçim arasında qalıb: Joze Mourinyo və ya "Ayaks"ın hazırkı çalışdırıcısı Erik ten Haq.

Xatırladaq ki, bundesliqada ötən həftə "Ayntraxt"a 1:5 hesablı ağır məğlubiyyətdən sonra münhenlilərin baş məşqçisi Niko Kovaç istefaya göndərilib. Komandanı dünən Dortmund "Borussiya"sı ilə (4:0) prinsipial oyuna köməkçi-məşqçi Hans Diter Flick çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu