Sizə yaxınlaşaraq klubu tərk etmək istədiyini söyləsə, necə reaksiya verəcəksiz?

11 May 2023 18:40 Almaniya 348
Sizə yaxınlaşaraq klubu tərk etmək istədiyini söyləsə, necə reaksiya verəcəksiz?

“Bayern”in icraçı direktoru Oliver Kan hücumçu Tomas Müllerin yayda klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, “Müller cari mövsümün sonunda sizə yaxınlaşaraq klubu tərk etmək istədiyini söyləsə, necə reaksiya verəcəksiz” sualını belə cavablayıb:

“Ümumiyyətlə, bu, baş verməyəcək. Hazırda o, yaxşı formadadır. Heç vaxt ciddi zədə almayıb.

Güclü xarakterə malik futbolçudur. Bizim üçün son dərəcə vacib biridir. Əminəm ki, Tomas “Bayern”lə çoxlu matçlar keçirəcək”.

Öncədən almaniyalı futbolçunun Tomas Tuxelin baş məşqçi təyin olunmasından sonra az forma şansı qazandığı üçün klubdan ayrılmaq istəməsi ilə bağlı xəbər vermişdik.

Müller cari mövsümdə “Bayern”in heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti