COP29

Bir çox klubun maraq dairəsinə düşdü, 2 illik müqavilə imzaladı

22 İyun 11:40 I Divizion 3 467
Bir çox klubun maraq dairəsinə düşdü, 2 illik müqavilə imzaladı

I Liqada ikinci mövsümünü keçirməyə hazırlaşan «Difai» aparıcı simalarından birini düşərgəsində saxlamağı bacarıb.

Ötən ilin noyabrından «fədailər»in formasını geyinən Kristian Kamta ilə yeni razılıq əldə olunub.

Aşağı liqada vurduğu 5 qolla bir çox klubun diqqətini çəkən kamerunlu hücumçu burada qalmağa üstünlük verib. Onunla ikiillik müqavilə imzalanıb.

İlk mövsümündə I Liqada qalmaq vəzifəsinin öhdəsindən gələn «Difai» indi ilk növbədə heyət məsələsinə diqqət ayırıb.

Qarabağ qazilərinin təmsilçisi 14 futbolçu ilə yollar ayrılıb. Əlirza Müştəbazadə «Səbail»dən dəvət alıbsa, icarə müddəti bitən Bayraməli Qurbanov «Araz-Naxçıvan»a qayıdıb.

Həmçinin Aleksandr Prikrostov, Maksimilian Şilder, Coşqun Əsədzadə, Gülalı Mehrəliyev, Qurban Hüseynov, Məqsum Qənbərli, Rəsul İbrahimov, Samir Əliyev, Rəhman Quliyev, Ramin Süleymanov, Valeh Qəhrəmanlı və Nazim Bağırovla müqavilənin müddəti uzadılmayıb.

Bu siyahıya daha bir neçə adın əlavə edilməsi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti