Azərbaycan yığmasının üzvü YALANÇI ÇIXARILDI: "İstədiyi pulu ona vermədilər"

9 Mart 2020 13:40 I Divizion 1 859
Azərbaycan yığmasının üzvü YALANÇI ÇIXARILDI:

Azərbaycanın gənclər yığmasının yarımmüdafiəçisi Famil Camalovun Şimali Kiprdə legioner həyatı yaşaya bilməməsinin əsl səbəbi məlum olub.

Bu barədə Sportinfo.az-a türkiyəli menecer Emin Durmuş məlumat verib.

Adıçəkilən ölkədən redaksiyamızla əlaqə saxlayan agent hazırda "Zaqatala"nın formasını geyinən futbolçunun transferinin baş tutmaması barədə həqiqəti söyləmədiyini bildirib:

"Famil deyib ki, Şimali Kiprdə terror təhlükəsi var. Bu, qətiyyən belə deyil. bura çox təhlükəsiz yerdir. Famil bir neçə klubda baxışda oldu, yoxlama matlarına çıxdı. Lakin görüşdüyü klubla müqavilə şərtlərində anlaşa bilmədi. İstədiyi pulu ona vermədilər".

Digər Xəbərlər
Xəbər Lenti