“Gəncəbasar”ın bu gün ictimaiyyət üçün təqdimat mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, tədbirdə klubun prezidenti Həşim Mövsümzadə əsas məqsədlərindən söz açıb:
“Klubun gündəlik fəaliyyətinin idarə olunması üçün Namiq Qədirov peşəkar kadrları dəvət edib. Əsas məqsədimiz güclü futbol klubu yaratmaqdır. Uşaq futbolunun da inkişafına xüsusi diqqət ayrılacaq.
Gəncə futbolunun tarixinə hörmətlə yanaşırıq və istəyirik ki, “Gəncəbasar” uşaq futbol akademiyasını yaradaq. İnanıram ki, bu məqsədə birlikdə çata bilərik”.
Birinci Liqada mübarizə aparan “Cəbrayıl”ın sahibi dəyişdikdən sonra klubun adı “Gəncəbasar” olub.
