Adını və sponsorunu dəyişən klub nazirlikdən 7000-8000 manatlıq XAHİŞ ETDİ

13:00 I Divizion 204
Adını və sponsorunu dəyişən klub nazirlikdən 7000-8000 manatlıq XAHİŞ ETDİ

Adını "Cəbrayıl"dan "Gəncəbasar"a dəyişən və rəhbərliyi yenilənən I Liqa təmsilçisi fəaliyyətini Gəncədə davam etdirəcək.

Klubun yeni rəhbərliyində vaxtilə "Kəpəz"in İdarə Heyətinin sədri olmuş İlqar Nadiri, keçmiş icraçı direktoru Cabir İbrahimov və mətbuağ kağibi Azad Mustafayev də yer alıb.

"Gəncəbasar" "Biz başlayırıq" şüarı ilə futbol ictimaiyyətinə müraciət edərək, əsas hədəflərini açıqlayıb.

Klub uzunmüddətli və dayanıqlı struktur formalaşdırmaq, uşaq futbol akademiyası yaratmaq və bölgədə futbolun inkişafına töhfə vermək niyyətindədir.

Həmçinin azarkeşlərin rəğbətini qazanmaq və yaxın gələcəkdə uğurlar əldə etmək əsas prioritetlər sırasında göstərilib. Rəhbərlik klubun fəaliyyətinin sistemli və davamlı inkişaf modelinə əsaslanacağını açıqlayıb.

Redaksiyamıza daxil olan məlumata görə, "Gəncəbasar" Gənclər və İdman Nazirliyinə (GİN) müraciət edib. GİN-dən xahiş Gəncə şəhər stadionu ilə bağlıdır.

Klub rəhbərliyi ev oyunlarını yenidən tikilmiş arenada keçirmək niyyətindədir. GİN balansında olan idman qurğusundan icarə əsasında istifadəyə icazə versə, komanda I Liqada rəqiblərini burada qəbul eləyəcək.

"Gəncəbasar"lılar hər oyuna görə qarşı tərəfə 7000-8000 manat ödəməyə hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti