Premyer Liqadan düşən komandadan ayrıldı, bura getdi

21 Avqust 03:20 I Divizion 694
Premyer Liqadan düşən komandadan ayrıldı, bura getdi

Ötən mövsümü “Karvan-Yevlax”da keçirən Əli Abdullayevin yeni iş yeri məlum olub.

Sportinfo.az fxəbər verir ki, 24 yaşlı müdafiəçi hazırda Birinci Liqa komandası “Mingəçevir”in düşərgəsindədir.

Əli dünən İkinci Liqa təmsilçisi “Hypers” (Bərdə) ilə yoxlama görüşündə də (3:2) oynayıb.

Qarşıdakı “futbol ili”nin hazırlığına avqustda başlayan “Mingəçevir”i hazırda Elman Sultanov çalışdırır.

Birinci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!