COP29

Azərbaycan futbolunda yeni “qumar“ dalğası: Şübhəlilər kimlərdir? - VİDEOLAR

16 Aprel 11:40 I Divizion 1 633
Azərbaycan futbolunda yeni “qumar“ dalğası: Şübhəlilər kimlərdir? - VİDEOLAR

AFFA I Liqanın 20-ci turunda keçirilən “İrəvan” - “Araz Saatlı” (1:4) matçı ilə bağlı araşdırma aparılır.

Bunu “CBC Sport”a açıqlamasında federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O, bildirib ki, AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daim diqqətdə saxlayırlar:

“Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan, tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib.

Bundan başqa, güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər.

Sözügedən məsələlərdə bağlı hər hansısa bir siqnal və ya məlumat AFFA-ya daxil olduğu təqdirdə, dərhal müəyyən olunmuş addımlar atılır, aidiyyatı üzrə müəyyən qurumlara məlumat ötürülür, məsələrə araşdırılır.

Sözügedən oyunla bağlı da onu qeyd edə bilərəm ki, bu matçın ictimaiyyətdə söz-söhbət yaratdığını nəzərə alaraq bizim tərəfimizdən də məsələ nəzarətə götürüldü.

Tərəfimizdən UEFA-ya məlumat ötürüldü. Ola bilsin, onların tərəfindən bu oyunla bağlı hər hansısa bir əlavə məlumat AFFA-ya verilsin.

Həmçinin öncədən qeyd etdiyim kimi müəyyən addımlar mövcuddur, hansılar ki, atılıb”.

S.Hacıyev qeyd edib ki, həmin oyunla bağlı AFFA tərəfindən güc strukturlarına da müraciət olunub: “Əlbəttə ki, məsələrə araşdırılır. Araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər".

Yada salaq kt, AFFA İntizam Komitəsi martın 18-də 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb. Onlardan ikisi I Liqa təmsilçisi “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəylidir.

Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb.

“İrəvan”dan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır.

Onların hər birinə 1 illik sınaq müddəti verilib.

II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Budəfəki söz-söhbətlər əsasən “İrəvan”ın bəzi futbolçularını və “Araz Saatlı”nın baş məşqçisi Rüfət Quliyevi əhatə edir. Böyük ehtimalla, müvafiq qurumlar elə onların ətrafında araşdırma aparır.

“İrəvan”ın oyunçularının qəsdən uduzub-uduzmadığı yaxın günlərdə dəqiqləşdiriləcək.

Quliyevin diqqət mərkəzinə düşməsi də təsadüfi deyil. Onun uzun illər çalışdırdığı “Ağsu” məhz oyun “alver”ində iştirak səbəbindən AFFA tərəfindən I Liqadan uzaqlaşdırılıb.

Bir neçə il əvvəl verilən qərardan məlum olmuşdu ki, Ağsunun eyniadlı klubunun rəhbər şəxsləri, əksər futbolçuları, eləcə də əməkdaşların qeyri-leqal bukmeyker kontorları ilə əlaqəsi var, onlar öz oyunlarını davamlı şəkildə “qumar”a qoyub.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Oyun alqı-satqısında şübhəli bilinən həmin qarşılaşmanın videoicmalını təqdim edirik

Digər Xəbərlər
Xəbər Lenti