"Bu işi ispana tapşırmaq istəyirəm - O adamı bura gətirə bilməsəm…"

28 May 2023 16:05 I Divizion 2 974
"Bu işi ispana tapşırmaq istəyirəm - O adamı bura gətirə bilməsəm…"

«Yeni köməkçimin əcnəbi olmasını istəyirəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz Naxçıvan»ın baş məşqçisi Azər Bağırov deyib.

I Divizionun son çempionu Premyer Liqaya vəsiqə qazanıb. AFFA Muxtar Respublika təmsilçisinin elitada iştirakına lisenziya da verib.

İndi qalıb qurumun İcraiyyə Komitəsinin rəsmi qərar çıxarması. Bu da yaxın günlərdə olmalıdır.

Hazırlıq vaxtımından vaxt itirmək istəməyən bölgə təmsilçisi həm təşkilati, həm də digər məsələləri həll etməyi qarşısına məqsəd qoyub.

Məşqçi korpsunu yenidən formalaşdırmağa girişən A.Bağırov artıq 3 köməkçisinin kimliyini müəyyənləşdirib.

Qardaşı Araz Bağırovu «Zirə»dən yanına gətirən çalışdırıcı həmçinin Rail Məlikovu bura daxil edib. O, fiziki hazırıq üzrə yardımçı postuna bəzi namizədlərinin olduğunu bildirib:

«Bu işi ispaniyalıya tapşırmaq istəyirəm. Onu burada heç kim tanımır. Hazırda danışıqlar gedir.

AFFA gözlədiyimiz qərarı verəndən sonra konkret addımlar atacağıq. Bir-iki başqa məsələ var, o da həmin vaxtadək bilinməlidir.

O adamı bura gətirə bilməsəm, vaxtilə ispan məşqçilərlə bir yerdə işləmiş ukraynalı var, onunla danışacam.

Soruşa bilərsiz ki, niyə İspaniya futbol məktəbinə üstünlük verirəm? Oynatmaq istədiyim futbol ispan üslubuna yaxındır.

İspan məşqçilərlə baxışlarımız üst-üstə düşdüyü üçün fikirləşirəm ki, belə birini gətirsəm, işimiz yaxşı gedəcək».

Digər Xəbərlər
Xəbər Lenti