Ötən ilin qışı klubsuz, yayında isə həvəskar liqaya möhtac qalan azərbaycanlı bombardir

28 May 2023 23:40 I Divizion 1 756
Ötən ilin qışı klubsuz, yayında isə həvəskar liqaya möhtac qalan azərbaycanlı bombardir

Orxan Əliyev birvaxtlar ölkənin ən istedadlı futbolçularından sayılırdı.

16 yaşında “Sumqayıt” heyətində Premyer Liqada debüt edən, “Qəbələ”nin qapısına baxımlı qol vuran istedad sonradan “Xəzər Lənkəran”a kimi yüksələ bildi. Həm də qısa müddətdə.

Söhbət "Araz Naxçıvan"ın hücumçusu Orxan Əliyevdən gedir.

Əliyevin enişi də yüksəlişi kimi qısa müddətdə oldu.

Cəmi 1 mövsüm cənub təmsilçisində oynadıqdan sonra 2-3 ilin içində “Sumqayıt”, “Kəpəz”, “Zirə” və “Səbail” kimi klubları əlcək kimi dəyişdi, ancaq özünə yer edə bilmədi.

Klubsuz qaldı, birinci diviziona üz tutdu, ardınca Gürcüstana getdi. Lakin qonşu ölkədə də özünü təsdiqləyə bilmədi.

İkinci liqa təmsilçisi “Sion”da 8 görüşə 1 qol belə vura bilməyən forvard vətənə qayıtdı.

3 ay klubsuz qalan ön xətt oyunçusu sonda region liqasında mübarizə aparan “Araz Naxçıvan”a lazım oldu.

Bu gün həmin Orxan ölkənin ikinci dərəcəli futbol yarışı sayılan birinci divizionun 27 qolla bombardiridir.

Amma bilmirsən bu məsləyə sevinəsən ki, gec də olsa, Orxan yenidən futbol elitamıza geri dönür. Daha təcrübəli olan Orxan bəlkə indi özünü isbatlaşım ola.

Digər yandan da 3 ay klubsuz qalan, həvəskar liqadan çıxan birisinin birinci divizionda özünü suda balıq kimi hiss etməsi, 27 qolla bombardir olması adamı düşündürməyə bilməz – görün, çempionatın səviyyəsi hansı yerdədir ki, ötən ilin qışı klubsuz, yayı həvəskar liqasına möhtac qalan biri bu gün bombardir olur. Həm də 27 qolla.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti