
I Divizionda XXII tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bu gün "Qarabağ-2" öz meydanında "Zaqatala"nı qəbul edib.
Qarşılaşma bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 28-ə yüksəldən "Zaqatala" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Qarabağ-2" isə 21 xalla 11-ci yerdədir.
"Qarabağ-2" - "Zaqatala" - 1:2
Qollar: Əli Abdullayev, 73 - Bəhruz Teymurov, 9, 76