"Turan"da iclas az öncə başa çatdı, baş məşqçi məsələsinə nöqtə qoyuldu

17 May 2022 20:40 I Divizion 1 631
"Turan"da iclas az öncə başa çatdı, baş məşqçi məsələsinə nöqtə qoyuldu

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz" komandasında bu gün Muşahidə Şurasının iclası keçirib.

Az əvvəl başa çatan iclasda baş məşqçi ilə bağlı yekun müzakirələr aparılıb.

Namizədlər arasında Ramiz Məmmədov, Əsgər Abdullayev, Yunis Hüseynov və Ayxan Abbasov yer alıb.

Sonda şura üzvləri yekdilliklə Ayxan Abbasovun baş məşqçi kimi təyinat alması üzərində qalıb.

Qarşıdakı 3-4 gün ərzində Abbasovla danışıqlar davam edəcək. Əgər razılıq əldə olunsa, onunla müqavilə imzalanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti