I Divizion komandasında köhnə-yeni baş məşqçi təyinatı

28 İyun 2021 19:00 I Divizion 134 709
I Divizion komandasında köhnə-yeni baş məşqçi təyinatı

“Qaradağ Lökbatan” rəhbərliyi keçmiş baş məşqçini yenidən görəvə gətirib.

Sportinfo.az-ın məlumatına görə, Elçin Dərgahquliyev komandanın sükanı arxasına qaytarılıb.

I Divizion təmsilçisi onunla 1 illik müqavilə imzalayıb.

Lökbatan komandasını ötən mövsüm Nazim Əliyev çalışdırıb. QL başbilənləri mütəxəssislə müqaviləni uzatmağı lazım bilməyib.

Buna səbəb komandanın uğursuz nəticələr əldə etməsidir. QL 26 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb ki, bu da klubun kuratoru Sadıq Sadıqovu razı salmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"