Rəşad Sadıqovdan XAHİŞ: “Bu sual veriləndə özümü ucuzlaşmış hiss edirəm” - VİDEO

13 Sentyabr 2025 11:20 Zirə 1 086
Rəşad Sadıqovdan XAHİŞ: “Bu sual veriləndə özümü ucuzlaşmış hiss edirəm” -  VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil edilən mətbuat konfransına qatılıb.

Sportinfo.az xəbər verir ki, o, mətbuat konfransında millinin baş məşqçiliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.

“Milliyə baş məşqçi seçimi olanda hər dəfə 2-3 nəfər var ki, onlara bu sual ünvanlanır. Hər dəfə ehtimal yarananda, bu sual veriləndə şəxsən mən özümü ucuzlaşmıs hiss edirəm.

Hər dəfə açıqlama, şərh vermək olmur. Daha əvvəl də açıqlama verəndə bildirmişdim ki, bu barədə bir dəfə danışacam və bir daha bu mövzuya qayıtmayacağam.

Sizdən də çox xahiş edirəm ki, bu haqda sual verməyin” - Rəşad Sadıqov qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM