Premyer Liqa klubu braziliyalı ilə 1+1 illik müqavilə bağladı

11 Sentyabr 2025 13:20 Zirə 1 332
Premyer Liqa klubu braziliyalı ilə 1+1 illik müqavilə bağladı

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Komanda Enrike Kustodionu heyətinə qatıb. Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşoyş” klublarında çıxış edib.

Bu, "Zirə"nin yay transfer pəncərəsində heyətinə cəlb etdiyi 7-ci oyunçu olub.

Daha əvvəl onlar Brahim Konate, Yeqor Boqomolski, İsmayıl İbrahimli (İcarə müddəti bitdikdən sonra "Qarabağ"dan birdəfəlik müqavilə), Rövlan Muradov, Vinsent Tilli və Leroy Mikelsi də transfer etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!