Mozambikə yollanan “Zirə”nin yarımmüdafiəçisi üçün 56 dəqiqə

02:40 Zirə 162
Mozambikə yollanan “Zirə”nin yarımmüdafiəçisi üçün 56 dəqiqə

Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, G qrupunda yer alan Mozambik millisi səfərdə Uqanda ilə üz-üzə gəlib.

“Zirə”dən Mozambik millisinə dəvət alan Rikardo Martins Gimaraynş da bu görüşün iştirakçısı olub.

Meydana start heyətində çıxan yarımmüdafiəçi 56-cı dəqiqədə Manuel Kambala ilə əvəzlənib.

Matç Mozambik yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Seçmə mərhələdə ardıcıl ikinci matçda uduzan Rikardo Martins Gimaraynşın komandası qrupda üçüncü yerə düşüb.

12 xala malik Mozambik sona 3 tur qalmış turnir cədvəlində Uqanda və Əlcəzairdən geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti