Azərbaycan klubundan daha bir legionerə dəvət gəldi

2 Sentyabr 2025 09:00 Zirə 2 015
Azərbaycan klubundan daha bir legionerə dəvət gəldi

"Zirə”nin legioneri Rikardo Martins Gimaraynş Mozambik millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələ oyunları üçün milliyə çağırılıb.

Mozambik millisi sentyabrın 5-də Uqandanın qonağı olacaq, sentyabrın 8-də isə öz meydanında Botsvana ilə üz-üzə gələcək.

"Zirə" legionerlərindən Anje Mutsinzinin Ruanda, İssa Cibrielin isə Niger millisinə dəvət aldığını da bu gün açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM