Unudulan milli maraqlar...

10 Sentyabr 23:40 Zirə 176
Unudulan milli maraqlar...

"Zirə" Premyer Liqanın 3-cü turunda "Kəpəz"i qonaq etdi.

"Qartallar"ın start heyətində cəmi 2 yerli oyunçuya yer verilmişdi.

Düzdü, saya təəccüblənmədim, limitin ləğvindən sonra kütləvi əcnəbiləşmək gözlənilən idi.

Sadəcə Aydın Bayramovun kənarda qalmasını gözləmirdim.

Nəhayət bu turda onun əsas heyətdə şans alacağını ehtimal edirdim.

Təcrübəli qapıçı bu mövsüm rəsmi oyun keçirmədiyi halda Fernandu Santuş tərəfindən milli komandamızın İslandiya və Ukrayna ilə rəsmi oyunlarına dəvət almışdı.

Belə ciddi millilərlə görüş öncəsi oyun praktikası yerinə düşərdi.

Kim bilir bəlkə portuqaliyalı mütəxəssis elə "Zirə"nin qapıçısına güvənəcəkdi.

Ən azı milli naminə Bayramova bu görüşdə şans vermək olardı.

Rəqib də münasib idi. Bugünkü "Kəpəz"i udmaq üçün əcnəbi qapıçı heç də mütləq deyil. Qeydə alınan hesab da (0:5) bunu təsdiq edir.

Digər tərəfdən Aydın Bayramov Tiaqondan geri qalmadığını ötən mövsüm komandasına gümüş medal qazandırmaqla göstərib axı.

Təəssüf ki, belə anda da Rəşad Sadıqov milli və milli üzvünü ikinci plana atmağı seçdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”
10 Sentyabr 02:00 "Neftçi"dən yeni satış