
“Zirə”nin üzvü Qismət Alıyev üçün bu dəfəki Qəbələ səfəri də söz-söhbətsiz ötüşmədi.
Əvvəlki gedişlərində qəbələli azarkeşlərlə problem yaşayan təcrübəli futbolçu yenə qınağa tuş gəldi.
Bu gün Premyer Liqada “Qəbələ”nin onlarla yetirməsi fərqli komandaların şərəfini qorusa da, nədənsə bəzi azarkeşlər məhz Qismətin “Qəbələ”yə qarşı oynamasını qəbul edə bilmir.
İkinci hissənin gedişində mərkəzi sektorda yer alan bəzi azarkeşlərin Alıyevin ünvanına işlətdiyi “Qəbələ”nin çörəyi haramın olsun” deməsi səbəbkarın xoşuna gəlməsi.
Belədə, futbolçu ilə fanatlar arasında müəyyən söz atışması oldu ki, polislərin müdaxilə ilə ara sakitləşdi(rildi).
Həmin azarkeşlər hakimin final fitindən sonra tribunadan ayrılmayıb Qisməti gözlədi. “Zirə”nin kapitanı paltardəyişmə otağına tərəf gedəndə, tərəfdarlar keçmiş “Qəbələ”li ilə münasibətə aydınlıq gətirməyə çalışdı.
Alıyev and-aman edərək onların ünvanına ağır söz işlətmədiyini söylədi.
Görünən odur ki, futbolçu ilə azarkeşlərin münasibəti qaydasında deyil. Və bir gün bunun acı sonluğu yaşana bilər.
Kimsə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova deməlidir ki, imkan daxilində Qisməti Qəbələdə meydana buraxmasın.
Gərgin keçən qarşılaşmada zirəlilər meydan sahiblərində üzərində 2:1 hesablı qələbə qazanıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN