Yeni transferin üz sümüyü sındı, 3 həftədən sonra dönəcək

26 Avqust 2025 19:20 Zirə 2 057
Yeni transferin üz sümüyü sındı, 3 həftədən sonra dönəcək

“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.

Sportinfo.az xəbər verir ki, bu barəd klubun mətbuat xidməti məlumat yayıb.

Ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb. Bu səbəbdən də o, əməliyyat keçirib.

Bildirilib ki, 26 yaşlı futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.

R.Muradov bu yay "Sumqayıt"dan ayrıldıqdan sonra "Zirə"yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM