Görün, Rəşad Sadıqov “Zirə” üçün nələr eləyib!

11:20 Zirə 278
Görün, Rəşad Sadıqov “Zirə” üçün nələr eləyib!

“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 200-cü oyununu keçirib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu yubiley Premyer Liqanın 2-ci turuna təsadüf edib.

Qəsəbə klubu “Qəbələ” ilə səfər oyununda 2:1 hesablı qələbə qazanıb.

2020-ci ilin yayından “Zirə”ni çalışdıran Sadıqovun baş məşqçiliyi dövründə qəsəbə klubu Premyer Liqada 166, Azərbaycan kubokunda 22, avrokuboklarda 12 matç keçirib.

43 yaşlı mütəxəssisin komandası bu qarşılaşmalarda 91 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb. Onun komandası 251 qol vurub, 188-ni buraxıb.

Sadıqovun “Zirə”nin baş məşqçisi vəzifəsində debütü 2020-ci il avqustun 23-də gerçəkləşib.

200-cü matçda olduğu kimi 5 il əvvəl də paytaxt təmsilçisi Premyer Liqa görüşündə Qəbələdə eyniadlı komanda ilə üz-üzə gəlib. Həmin vaxt heç-heçə qeydə alınıb – 1:1.

Digər Xəbərlər
Xəbər Lenti