Başqa vaxt olsaydı. Rəşad Sadıqov onu “Neftçi”dən gətirərdimi?

16:00 Zirə 786
Başqa vaxt olsaydı. Rəşad Sadıqov onu “Neftçi”dən gətirərdimi?

Bir ildən artıq müddətdir adı Avropanın bir çox klubu ilə yanaşı çəkilən Salifu Suma sonda «Malmö»yə satıldı.

Üç aydan artıq müddətdə adı intizamsızlıqda keçmiş Rafael Utziq Vyetnam klubuna icarəyə verildi.

Güman ki, qarşıdakı günlərdə daha 1-2 nəfər gedəcək.

Amma sistem işləyib və işləməyə davam edir.

Bahalı saat kimi. Sırf Rəşad Sadıqova görə.

Rəşad Sadıqovun «Zirə»si səssiz dəyişim içindədir. Bir az zərurətdən, bir az məcburiyyətdən.

Məhrumiyyət də saya bilərik prosesi.

Kisənin çəkisi azalıb, yüngülləşib. Bəzi sponsorların ayırdığı büdcəni kiçiltməsi ilə klub yeni transferlərə ayırdığı vəsaiti babat aşağı salıb.

Yoxsa Rəşad Sadıqov İqor Boqomlskini sərəncamında görmək istəyərdi? Üç illik «Neftçi» karyerası ərzində daim tənqidlərə məruz qalan belaruslu hücumçunun böyük işlər üçün yaramadığı dəqiqdir.

«Minsk»də yetişmiş ön xətt oyunçusunun «Araz-Naxçıvan»la qarşılaşmada qaçırdığı qol epizodu yadınızda qalsın. Suma olardı, Utziq olardı, bu fraqmenti qaçırardımı?

«Zirə» üstün təsir bağışladı. Təhlükəli qol epizodları çox oldu.

Topu «Araz»ın cərimə meydançasına qədər gətirdilər, qapıyla üzbəüz qaldılar, di gəl… Bura qədər olan məşqçi heyətinin işidir.

O topun qapı torunu silkələməməsi isə fərdi bacarağın yerlərdə sürünməsinin təzahürüdür.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti