Premyer Liqa mənsubunun hücumçusu Vyetnamda - RƏSMİ İCARƏ

20 Avqust 2025 18:00 Zirə 951
Premyer Liqa mənsubunun hücumçusu Vyetnamda - RƏSMİ İCARƏ

"Zirə" Rafael Utziqin komandadan ayrıldığını açıqlayıb.

Sportinfo.az xəbr verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı hücumçu Vyetnamdan “Ho Çi Minh Siti Polis"yə illik icarəyə verilib.

Rafael Utziq 2024-cü ilin yanvar ayından qəsəbə təmsilçisinin formasını geyinir.

Daha əvvəl forvardın "Zirə"dən ayrılmaq istədiyi məlum olmuşdu

. R.Sadlqov bir müddət əvvəl verdiyi açıqlamada sözügedən futbolçunu intizamsızlığına görə əsas komandada görmək istəmədiyini demişdi.

O, Utziqi 4 həftəlik klubun əvəzedici komandasına göndərmişdi.

"Zirə" bunadək Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Pyer Zebli, Yusuf Laval, Salifu Suma ("Malmö", İsveç) və Səlim Həşimovla ("Şamaxı"ya icarə) da yolları ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA