Kapitanın burnunu vurub sındırdılar - İKİ HADİSƏ

19 Avqust 2025 17:00 Zirə 1 433
Kapitanın burnunu vurub sındırdılar - İKİ HADİSƏ

Bu gün Premyer Liqada 2025/26 mövsümünün ilk turuna yekun vurulacaq.

“Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək.

Ötən mövsümün gümüş və bürünc medalçılarının qarşıdurması 20:00-da start götürəcək. Matçı Rəvan Həmzəzadə idarə edəcək.

“Qartallar“ qarşılaşmadan öncə iki xoşagəlməz hadisəylə üzləşib. Məşqlərdə iki aparıcı futbolçu xəsarət alıb.

Mozambikli yarımmüdafiəçi ayağından zədələnibsə, Ruan Renatonın burnu sınıb.

İkili mübarizə zamanı sifətinə zərbə dəyən braziliyalı müdafiəçi “Araz“la görüşə üzünə maska taxaraq çıxacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM