Azərbaycanda intizamsızlıq edən hücumçu Vyetnam klubuna icarəyə verildi

14:00 Zirə 592
Azərbaycanda intizamsızlıq edən hücumçu Vyetnam klubuna icarəyə verildi

«Zirə» Rafael Utziqi icarəyə verib.

Braziliyalı hücumçu karyerasını Vyetnamda davam etdirəcək.

Ona qucaq açan komanda «Ho Çi Minh Siti»dir.

«Sambaçı» tibbi baxışdan keçmək üçün artıq bu ölkəyə yollanıb.

29 yaşlı legionerin "Zirə" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Vyetnam klubu bu keçidə razılıq verdiyi üçün "qartallar"a ödəmə etməyi öz üzərinə götürüb.

Rafael Utziq bundan öncə «Zirə» rəhbərliyinə müraciət edib.

İntizamsızlığa yol verdiyi üçün əsas komandadan kənarlaşdırılan hücumçu ona iki təklifiin olduğunu bildirib.

Braziliyalı Asiyadan dəvət aldığını söyləyib və klublar arasında danışıqlara tezliklə start verilməsini istəyib. «Sambaçı»nın arzusu müəyyən bir təzminat qarşılığında keçidinin gerçəkləşməsidir.

Cənubi amerikalı legioner maydan bəri «qartallar»ı çox incidib. «Başqa yerə gedirəm» söhbəti ovaxtdan başlayıb. bu bəhanəylə mövsümün son oyunlarına çıxmayıb.

Daha sonra qəsəbə təmsilçisi ondan FİFA-ya şikayət edib. Məhz bu addım Utziqi geri çəkilmək məcburiyyətində buraxıb.

Gec də olsa, düşərgəyə dönüb. Rəşad Sadıqov haqlı olaraq hücumçuya öz yerini göstərib - intizamsız əcnəbi 4 həftəlik əvəzedici heyətə göndərilib.

Daxili nizam-intizam kodeksinə uyğun davranan baş məşqçi sabiq «Qəbələ»lini böyük miqdarda cərimələyib.

Utziq daha əvvəl "Sianorte", "Parana" (hər ikisi Braziliya), "Qəbələ" və "Çunqnam Asan"da (Cənubi Koreya) forma geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti