Rəşad Sadıqovun əsas köməkçisi "Zirə"dən getdi

15 Avqust 2025 01:20 Zirə 885
Rəşad Sadıqovun əsas köməkçisi "Zirə"dən getdi

“Zirə” məşqçisi Eltun Yaqublu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mütəxəssis ilə qəsəbə təmsilçisi arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Zirə" E.Yaqubluya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyersında uğurlar arzulayıb.

E.Yaqublu 2020-ci ildən Rəşad Sadıqovun məşqçilər heyətində yer alırdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM