“Açıq deyim, mən Azərbaycanda belə olacağını gözləmirdim”

14 Avqust 20:40 Zirə 296
“Açıq deyim, mən Azərbaycanda belə olacağını gözləmirdim”

“Azərbaycanda həyat səviyyəsi çox yaxşıdır. Açıq deyim, belə olacağını gözləmirdim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin legioneri Rikardo Martins deyib.

"Quima" ləqəbli futbolçu əslən Portuqaliyadan olsa da, Mozambik millisinin formasını geyinir. Və 12 illik futbolçu karyerası ərzində doğulduğu Portuqaliya ilə yanaşı, Polşa və Türkiyədə legioner həyatı yaşayıb.

Lakin ölkəmizdə gördükləri onu yaxşı mənada təəccübləndirib. Narazılığı Bakının dilləri əzbəri olan tıxacları ilə bağlıdır ki, bunun çıxış yolunu tapıb:

“Hər nə qədər xoş sözlər eşitsəm də, bu dərəcədə olacağını düşünməzdim. Bakı inanılmaz dərəcədə müasir şəhərdir, insanlar da gülərüz və mehribandır. Bakını bəyənirəm.

Bəyənmədiyim tək şey tıxacların çox olması və sürücülərin maşınları necə gəldi sürməsidir. Təzə-təzə özümdən çıxırdım, əsəb keçirirdim.

Artıq öyrəncəliyəm. Yerli insanlar necə sürürsə, mən də o tərzdə idarə edirəm. Siqnal verirəm, qaza basıb gedirəm”.

Zirəlilərin martda heyətinə qatdığı 29 yaşlı yarımmüdafiəçi Premyer Liqada cəmi 3 oyunda iştirak edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 20:20 Elmar Baxşıyev fərqi...
14 Avqust 18:10 Çək və bizə göndər!
14 Avqust 16:20 "Sabah" - 6000 SATILIB