Adı “Kəpəz” və “Neftçi” ilə yanaşı hallandı, seçimi fərqli oldu

10 Avqust 19:25 Zirə 3 439
Adı “Kəpəz” və “Neftçi” ilə yanaşı hallandı, seçimi fərqli oldu

Ötən mövsüm "Şamaxı"nın formasını geyinmiş daha bir legioner "Zirə"nin yolunu tutub.

Brahim Konatenin ardınca, Leroy Mikels də "qartallar"la anlaşıb.

Premyer Liqanın gümüş medalçısı əvvəlki klubunda 5 qol vurmuş, adı «Kəpəz» və «Neftçi» ilə yanaşı hallanmış 30 yaşlı almaniyalı hücumçu ilə 1+1 illik müqavilə imzalayıb.

Ön xətlə yanaşı, sol cinah vingeri mövqeyində də çıxış edə bilən legioner yeni klubunda 9000 dollar civarında əməkhaqqı alacaq.

Beləliklə, "Zirə" altıncı transfer çalışmasını yekunlaşdırıb.

Brahim Konate ("Şamaxı"), Yeqor Boqomolski (son klubu "Neftçi"), İsmayıl İbrahimli (müqavilə ilə məxsus olduğu klubu "Qarabağ"), Rövlan Muradov (son klubu "Sumqayıt") və Vinsent Tilli (son klubu "Sabah") komandanın yeni simalarıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu