39 yaşında meydana çıxdı, hər kəsi mat etdi - Ötən sezona aid VİDEO

31 Avqust 2025 23:45 Zirə 775
39 yaşında meydana çıxdı, hər kəsi mat etdi - Ötən sezona aid VİDEO

"Zirə" ötən mövsüm Bayılda qələbə qazandı - 1:0.

David Volkovun 90-cı dəqiqədə vurduğu qol qarşılaşmada həlledici oldu.

Amma matçın qəhrəmanını seçəsi olsaq, şübhəsiz ki, həmin adam gürcüstanlı forvard yox, azərbaycanlı qapıçı Anar Nəzirov idi.

39 yaşlı qolkiper bu mövsüm ilk dəfə meydana çıxdığı rəsmi oyunda əla performans sərgilədi.

Xüsusilə ilk yarıda çıxardığı toplar yadda qalan oldu.

Görünür, nə yaş, nə də oyun praktikasının azlığı Anarın formasına təsir etməyib.

Təcrübəli qolkiperin göstərdiyi performans belə deməyə ciddi əsas verir.

David Qomisin zərbəsinə verdiyi reaksiya isə fantastik idi.

Ən yaxşısı, yüz dəfə eşitməkdənsə, bir dəfə görməkdir.

Aşağıdakı linkə daxil olaraq kiperin etdiyi seyvlərin yer aldığı videonu izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA