Rəşad Sadıqovun “Qarabağ”dan gözlədiyi və istədiyi nədir?

20 Aprel 2025 01:20 Zirə 1 108
Rəşad Sadıqovun “Qarabağ”dan gözlədiyi və istədiyi nədir?

Fərqli "Zirə" görürük bu mövsüm.

Bir sezonda iki dəfə 0:2-dən geridönüş eləyib qələbə qazanmaq elə belə iş deyil.

Özü də "Qarabağ", "Neftçi" kimi komandalarla oyunda.

Xeyli vaxtdır ki, "Qarabağ"dan başqa avrokubokların qrupunda heç bir təmsilçimizi görmürük. Haradasa əlçatmaz məsələyə dönüb elə bil. Amma son mövsüm "Zirə" bu mənada ümid verdi.

Konfrans Liqasında pley-offa qədər irəliləməklə digər klublarımız üçün də qrupların xəyal olmadığını göstərdi. Sadəcə son məqamda təcrübə çatmadı "Zirə"yə.

Amma bu mövsümün "Zirə"si daha əzəmətli görünür. Etibarlı müdafiə, güclü hücum, intizamlı kollektiv asta-asta beynəlxalq səviyyədə oyunlar üçün də yetişir. Avrokuboklarda məhz təcrübə vacibdir, beynəlxalq oyun təcrübəsi.

Gedişatdan belə görünür ki, "Zirə" ikinci pilləni əldən verməyəcək. Belədə "Qarabağ"ın ölkə kubokunu qazanması lap yerinə düşərdi Rəşad Sadıqovun komandası üçün.

Çünki bu halda "Zirə" mübarizəyə Avropa Liqasından başlayacaq və qruplara vəsiqə qazanmaq üçün daha şanslı olacaq.

Mövsümün bitməsinə hələ vaxt var. Ona qədər isə bu zirəkliyin davamını izləyək (sportal.az).

Həmid

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır