"Zirə" problemi tamamilə həll etdi – "Qarabağ"ı qəsəbədə gözləyirlər

16 Sentyabr 2022 15:00 Zirə 662
"Zirə" problemi tamamilə həll etdi – "Qarabağ"ı qəsəbədə gözləyirlər

Zirə Olimpiya Kompaleksində aparılan yenidənqurma başa çatıb.

Bu barədə Sportinfo.az-a «Zirə»nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.

O bildirib ki, sentyabrın 18-də «Qarabağ»la Premyer Liqanın 7-ci turu çərçivəsində keçiriləcək oyunun adıçəkilən məkanda təşkili üçün artıq heç bir problem qalmayıb.

Tribunada əlavə «sky-box» yaradılıb, oturacaqlar dəyişdirilib, həmçinin qazondakı problem aradan qaldırılıb.

«Qartallar» mövsümün ilk həftələrində ev oyunlarını Mərdəkanda – «Dalğa Arena»da qəbul etməli olub.

Digər Xəbərlər
Xəbər Lenti