"Zirə" kapitana "daha 1 il davam edək” dedi, razılaşdılar FOTO

4 İyun 2021 16:00 Zirə 1 225
"Zirə" kapitana "daha 1 il davam edək” dedi, razılaşdılar FOTO

“Zirə” daha bir futbolçu ilə müqaviləni uzadıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Bakı klubu kapitanı Ağabala Ramazanovla yeni müqavilə imzalayıb.

Hücumçu ilə anlaşmanın müddəti 1 ildir. 28 yaşlı futbolçu gələn ilin yayına qədər 2020-ci ilin yanvarından şərəfini qoruduğu paytaxt klubunda qalacaq.

“Zirə” bunadək Təmkin Xəlilzadə, Mehdi Cənnətovu heyətinə qatıb, Davit Volkovla müqaviləni uzadıb. Həmçinin Hacıağa Hacılının icarə müddəti uzadılıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?