Bəs "Zirə" nə etsin?

20 Aprel 2021 17:40 Zirə 971
Bəs "Zirə" nə etsin?

Mövsümün sonunu gözləyən, bir-biri ilə sonuncu yer uğrunda bəhsə girən iki imkanlı autsayder.

"Keşlə"nin yenə kubok ümidi var. "Sabah"ın futbolçuları, heç olmasa, maaş üzünə həsrət qalan "Səbail"dəki həmkarlarından utansınlar.

Bu, elə məşqçilərə də aiddir. Sənan Qurbanovun kubokda son imtahanı olacaq. Ramin Quliyev yeni, baş məşqçi əvəzi olsa da, bu, onun üçün əla bir şansdır.

Hələlik yaranmış imkandan istifadə edə bilmir. Onda Ayxan Abbasov, Elmar Baxşıyev, Aftandil Hacıyev özlərini asmalıdır.

"Sabah"la "Keşlə" "Qarabağ" və "Neftçi"dən sonra çempionatın ən büdcəli komandalarıdır. "Zirə"? Buradakılar turnir cədvəlində 4-cü yerə düşdüklərinə görə özlərini bağışlaya bilmir, «Neftçi»yə məğlubiyyəti həzm etmək istəmirlər.

Meydana çıxan hər iki komanda oyunu yola verdi. Bir matçda bu qədər top itkisi, futbolçuların fərdi səhvi olar? Haqq etmədikləri, qazandıqları pulların haqqını vermək lazımdır. Bu, klub rəhbərliyinin yaratdığı şəraitin, gördüyü işin əvəzidir? Elə bil, futbolçuları zorla meydana çıxarıblar.

Ramin Quliyev komandadan, futbolçulardan, nəticədən razı, əzmkarlıqdan qaldığını bildirir. Əla! "Keşlə" qalib gəlsəydi, "Sabah" sonuncu pilləyə yuvarlanacaqdı.

Buna görə sevinir? Diviziona komanda da düşmür ki, deyəsən, cəhənnəmə, yenə də nəsə qazanılıb. 7 ilə 8-ci yerin elə bir prinsipial fərqi var?

"Sumqayıt", "Zirə" bürünc medallar, avrokuboklara vəsiqə üçün bir-birini «qırır», "Sabah" özü-özündən razı qalır. Bu şəraitlə komanda yaxşı əllərdə ilk üçlükdə özünə yeri qarantı edib, liderliyə oynayardı.

Mövsüm bitir artıq, "Keşlə"də bombardir müdafiəçidir, "Sabah"da da forvard ən ödənişli futbolçu. Yaşıdları Qarabağ meydanlarında can qoydular, minlərlə şəhid verildi, bunlar yüz minlər qazana-qazana yaşıl meydana çıxmağa can çəkirlər.

5-6 futbolçusu milliyə çağırılan komanda autsayder olar? Görəsən, de Byazi "Keşlə" - "Sabah" matçını izləyib? Eh, növbəti dəfə 10 futbolçu dəvət edər yəqin.

Yazıqlar olsun, bu futbolçulara xərclənən milyonlarla vəsaitə. Sonra da deyirlər, futbolçu yetişmir.

"Çörəyi ver çörəkçiyə" burada deyiblər. Futbol əsas deyil, əsas odur ki, hər iki komandada yaxşı "çörək" var.

SPORTİNFO.AZ

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"