Yığmamızın hücumçusu azərbaycanlı məşqçinin yanına getdi

26 Yanvar 2020 22:55 Voleybol 937
Yığmamızın hücumçusu azərbaycanlı məşqçinin yanına getdi

Azərbaycan millisində çıxışını bitirən Natalya Məmmədova yeni ölkəyə köçüb.

Sportinfo.az xəbər verir ki, daha öncə Rusiya, Türkiyə, İtaliya, İspaniya və Çində legioner həyatı yaşayan hücumçu indi İndoneziyaya üz tutub.

Ötən ilin oktyabrında Çində “Liaoninq” ilə anlaşan 36 yaşlı voleybolçu “Cakarta”ya keçib. Bu da Ziya Rəcəbova görədir.

Belə ki, Natalya “Rabitə”dən yaxşı tanıdığı mütəxəssisin İndoneziya klubunun sükanı arxasına keçməsindən sonra onun arxasınca yollanıb. Məmmədova burada Anna Stepanyukun yerinə götürülüb.

Vaxtilə Azərbaycanda da çıxış etmiş ukrayrnalı ailə problemləriylə üzləşdiyindən, mövsümün əvvəlində transfer olunduğu İndoneziya klubundan ayrılmaq məcburiyyətində qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu