Millimizin üzvü ən effektiv üç hücumçu arasında

4 Aprel 2025 03:30 Voleybol 1 370
Millimizin üzvü ən effektiv üç hücumçu arasında

Azərbaycan voleybolçusu Polina Rəhimova Braziliya liqasının aparıcı oyunçularından biridir.

Sportinfo.az xəbər verir ki, statistikaya əsasən, "Osasko"nun hücumçusu çempionatın ən effektiv hücumçuları arasında mövqeyini möhkəmləndirib.

Uğurlu hücumların faizini əks etdirən məlumatlara görə, Polina 49,64 faiz göstərici ilə üçüncü yerdədir. Ondan irəlidə yalnız "Praya"nın hücumçuları var - Adenizia (51,4 %) və Karolin (51,14 %).

"Osasko" mübarizəni çempionatın pley-off mərhələsində davam etdirir. Komanda ilk görüşdə "Flamenqo"ya qalib gəlib - 3:0.

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu