“Benfika”nın oyununa göndərilən azərbaycanlı - FOTO

19 Noyabr 2024 04:00 Voleybol 614
“Benfika”nın oyununa göndərilən azərbaycanlı - FOTO

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Sportinfo.az xəbər verir ki, referi noyabrın 19-da Sloveniyanın Kamnik şəhərində keçiriləcək CEV kubokunun 1/16 final matçını idarə edəcək.

O, kişi voleybolçulardan ibarət “Kalkit Kamnik” (Sloveniya) və “Benfika” (Portuqaliya) komandalarının qarşılaşmasında ikinci hakim olacaq.

Birinci hakim funksiyasını isə Bosniya və Herseqovinadan olan Yasmin Huseynoviç yerinə yetirəcək.

Kmandalar arasında baş tutan ilk matçda Portuqaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda