“Bəzi aparıcı oyunçularımız..."

24 May 2018 10:48 Voleybol 1 134
“Bəzi aparıcı oyunçularımız..."

“Yığmamız əvvəlki kimi Qızıl Avropa Liqasında öz optimal oyununu axtarır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının məşqçisi Famil Ağayev deyib.

O, Qızıl Avropa Liqasının II turunun Portuqaliya ilə matçı barədə fikirlərini açıqlayıb. Ağayev 3:1 hesablı qələbəni daha çox hazırlıq kimi dəyərləndirib:

“Bəzi aparıcı oyunçular olmadan çıxış edirik. Bununla da gənclərə şans veririk. Portuqaliya ilə görüş Bolqarıstanla matça hazırlıq baxımından növbəti addım idi. Sofiyada ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Bunu əminliklə deyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!