Ronaldo bilsin bunu: Bizim qızlar sizinkilərdən güclüdü!

24 May 2018 09:12 Voleybol 1 079
Ronaldo bilsin bunu: Bizim qızlar sizinkilərdən güclüdü!

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasının II turunda Portuqaliya ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan yığma ikinci görüşünü də qələbə ilə başa vurub - 3:1.

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk setdə uduzsa da, sonrakı üç setdə rəqibindən üstün olub və əzmkar qələbə qazanıb. Azərbaycan ilk turda Ukraynaya 3:1 hesabı ilə qalib gəlib.

Azərbaycan - Portuqaliya 3:1 (24:26, 25:17, 25: 14, 25:17)

Hakimlər: Saadettin Deneri (Türkiyə), Fikrət Axundov (Azərbaycan)

Voleybol Mərkəzi

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

Portuqaliya: 5. Eliana Durao, 8. Vanessa Rodriques, 2. Eduardo Duarte, 7. Nuria Silva, 9. Neusa Neto, 1. Fabiola Qomes, 17. Barbara Qomes, 10. Marta Hürst, 15. Yuliya Kavalenka, 6. Maria Maio, 12. Juliana Rosas, 11. Yoana Resende.

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

2

2

0

6-2

193-175

6

2

Bolqarıstan

1

1

0

3-0

75-50

3

3

Ukrayna

1

0

1

1-3

93-94

0

4

Portuqaliya

2

0

2

1-6

132-174

0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti