“Çətin klub mövsümündən sonra biz yenidən yığmada oynamaq üçün bir yerdəyik. Ukrayna millisi üçün matç bizim üçün asan olmayacaq”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Odina Bayramova deyib.
Yığmamız Avropa Liqasında Ukrayna, Portuqaliya və Bolqarıstanla birgə A qrupunda yer alıb. Kapitan bildirib ki, ilk turda Ukrayna ilə görüş heç də asan keçməyəcək:
“Çünki güclü rəqiblə qarşılaşacağıq. Lakin biz ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışacağıq. Qızıl Avropa Liqası ötən il keçirdiyimiz Avropa çempionatından sonra yeni mövsümdə ilk turnir olacaq.
Bu üzdən də yaxşı nəticə göstərmək istəyirik. Çünki qayıdışımızı doğma azarkeşlər önündə qələbə ilə qeyd etmək istəyirik. Bu görüş bizim Qızıl Avropa Liqası səyahətində ilk addımımız olacaq”.

