Millimiz Avropa Liqasının qızıl mərhələsində yarışacaq

15 May 2018 10:12 Voleybol 845
Millimiz Avropa Liqasının qızıl mərhələsində yarışacaq

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası may ayında start götürəcək Avropa Liqasının qızıl mərhələsində mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq komandamız Portuqaliya, Ukrayna, Bolqarıstan milliləri ilə ev-səfər oyunlarında qarşılaşacaq.

Bakıda keçiriləcək ev oyunlarının Dərnəgül Voleybol Mərkəzində təşkil olunması nəzərdə tutulub. Hər qrupda birinci yeri tutacaq komanda Avropa Liqasının final oyununda iştirak edəcək.

Final oyunları 15 iyun 2018-ci il tarixində Macarıstanın Budapeşt şəhərində keçiriləcək. Komandamızın qrup mərhələsində görüşlərinin proqramı:

Azərbaycan - Ukrayna
19.05.2018/ saat 18:00

Azərbaycan - Portuqaliya
23.05.2018/ saat 18:00

Bolqarıstan - Azərbaycan
26.05.2018

Azərbaycan - Bolqarıstan
30.05.2018/ saat 18:00

Portuqaliya - Azərbaycan
02.06.2018

Ukrayna - Azərbaycan
06.06.2018

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti