Milli Slovakiyanı məğlub etdi

14 May 2018 11:24 Voleybol 806
Milli Slovakiyanı məğlub etdi

Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Qızıl Avropa Liqasına hazırlaşan Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasını sınağa çəkib.

Görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 3:0 (25:19, 25:14, 25:12). Mayın 16-dək Mariborda hazırlıq keçəcək millinin Sloveniya və Xorvatiya kollektivləri ilə yoxlama oyunları da nəzərdə tutulub Yığma ilk görüşdə Avstriyaya 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!